Türkiyəli tanınmış futbolçu beynəlxalq axtarışa verildi

16:15 - 22 Noyabr 2025

İstanbul Cumhuriyyət Baş Prokurorluğu Türkiyə millisinin sabiq hücumçusu Batuhan Karadeniz barədə "qırmızı bülleten" çıxarıb və onu beynəlxalq axtarışa verib.

Sportal.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Hazırda ölkə xaricində yaşayan veteran futbolçu sosial şəbəkə hesablarında qanunsuz mərc oyunlarını təbliğ etməkdə təqsirləndirilir. "Beşiktaş"ın keçmiş forvardının bütün daşınan və daşınmaz əmlaklarına, bank hesablarına əl qoyulub.

Qeyd edək ki, Batuhan Karadeniz "Beşiktaş"ın yetirməsidir. 34 yaşlı sabiq futbolçu "Eskişehirspor", "Trabzonspor", "Sivasspor" kimi klublarda çıxış edib. O, Türkiyə yığmasının heyətində 2 oyun keçirib.

Xəbər xətti