"Arsenal" türkiyəli futbolçu üçün hərəkətə keçdi

11:57 - 22 Noyabr 2025

"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "Caught Offside" məlumat yayıb.

London klubunun nümayəndələri Kenanın meneceri Jorje Mendeşlə görüşüb. A Seriyası nəhəngi 20 yaşlı ön xətt oyunçusu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 18 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

Xəbər xətti