Türkiyə Super Kuboku oyunlarının püşkü atılıb.
Sportal.az xəbər verir ki, püşkün nəticəsinə əsasən hansı matçın hansı şəhərdə keçiriləcəyi müəyyənləşib.
"Qalatasaray"la "Trabzonspor" arasındakı ilk yarımfinal görüşü gələn il yanvarın 5-də Qaziantep şəhərində baş tutacaq. "Fənərbaxça" - "Samsunspor" matçı 6 yanvar tarixində Adanada keçiriləcək.
Final oyunu isə yanvarın 10-da İstanbul Atatürk Olimpiya Stadionunda olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanın iştirakı ilə təşkil olunacaq.
saytlarin hazirlanmasi
