Azərbaycan millisinin üzvü Avropada oynamağa qərar verdi - legioner həyatı yaşayacaq

11:17 - 21 Noyabr 2025

Azərbaycan milli komandasının və “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov legioner həyatı yaşamağa qərar verib.

Sportal.az saytına verilən məlumata görə, Abbasova artıq bir ildir xarici klublar maraq göstərir.

Onun Azərbaycan millisindəki performansı da xarici skautların və klubların diqqətini çəkib.

Əldə etdiyimiz məlumata görə, Abbasov mövsümün sonunda xarici klublardan gələn təkliflərdən birini dəyərləndirəcək və yeni mövsümə Avropada başlayacaq.

20 yaşlı müdafiəçinin “Şamaxı” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti