"Ronaldo hər mənada mükəmməl idmançıdır, məşq onun qanındadır"

22:54 - 20 Noyabr 2025

Sadio Mane “Əl-Nəsr”də birgə oynadığı Kriştiano Ronaldo haqqında danışıb.

Sportal.az xəbər verir ki, "Əl-Nəsr”in vingeri Rio Ferdinandla müsahibəsində bunları qeyd edib:

"Onunla şəxsən tanış olmamışdan əvvəl matçlarını televizorda izləyirdim, onun haqqında xəbərlər oxuyurdum – peşəkarlığı, mentaliteti, inanılmaz ciddiyyəti barədə. Və bura gəlib onunla tanış olanda məhz bunların hamısını gördüm.

O, heyrətamizdir, hər gün yorulmadan çalışır və artıq 40 yaşı olmasına baxmayaraq, hələ də qalib gəlmək və maksimumunu göstərmək istəyir. O, hər mənada mükəmməl idmançıdır."

“Mançester Yunayted”in sabiq müdafiəçisi soruşanda ki, Ronaldo hələ də məşqə birinci gəlib axırıncı gedirmi, Mane belə cavab verib: "Bir az fərqlidir, amma o, hələ də doğru yoldadır, məşq onun qanındadır. Bəli, adətən tez gəlir və digərləri kimi vaxtında gedir, amma komandaya təsiri əladır".

Xəbər xətti