Braziliya millisinin sabiq üzvü karyerasını başa vurdu

21:50 - 20 Noyabr 2025

Braziliya milli komandasının sabiq yarımmüdafiəçisi Fernandinyu peşəkar futbolçu karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi ötən gün Kuritibada keçirilən xeyriyyə matçından sonra qərarını açıqlayıb:

“Artıq yorulmuşam. Bu gün cəmi 30 dəqiqədən bir qədər çox qaçandan sonra yorulduğumu hiss etdim. Futbolda məni motivasiya edə biləcək heç nə qalmayıb. Bu oyunda nail ola biləcəyim hər şeyə nail olmuşam, ala biləcəyim hər şeyi almışam. İndi isə ailəmlə həyatdan zövq almağın vaxtıdır”.

Qeyd edək ki, Fernandinyo karyerası ərzində "Atletiko Paranaense", "Şaxtyor" və "Mançester Siti"də çıxış edib. Təcrüəbli oyunçu Braziliya yığmasının heyətində meydana çıxdığı 53 oyunda 2 qol vurub.

Xəbər xətti