"Barselona"nın ulduz futbolçusu bu mövsüm üçün qarşısına qoyduğu hədəflərdən danışıb.
Sportal.az xəbər verir ki, 18 yaşlı vinger bütün yarışların qalibi olmaq istədiyini bildirib:
"La Liqa, dünya çempionatı, Çempionlar Liqası, "Qızıl Top"... Hamısını qazanmaq istəyirəm. Bu, mümkündür".
Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
