"Niyə hesabda daha çox geri düşdüyümüzü bilmirəm" - "Liverpul"un baş məşqçisi

00:15 - 22 Noyabr 2025

"Liverpul"un baş məşqçisi Arne Slot komandanın oyunlara az qol vuraraq başlaması və ümumiyyətlə birinci hesabı açmaqda çətinlik çəkməsi barədə danışıb.

Sportal.az xəbər verir ki, Slot öz açıqlamasında bunları qeyd edib:

"Son vaxtlar 1:0 öndə olmaqdan daha çox, 0:1 hesabı ilə geri düşdüyümüzü bilirəm. Hazırda bunun səbəbini izah edə bilmirəm, bəlkə də bunu düşünmək üçün bir az daha vaxta ehtiyacım var, amma bu, həqiqətən də oyuna təsir edir.

Dəfələrlə demişəm ki, “Mançester Siti” ilk hissədə üstünlüyü tamamilə haqq edirdi, lakin əgər fasiləyə 1:1 hesabı ilə gedirsinizsə, bunun böyük əhəmiyyəti var. Qol heç bir əsaslı səbəb olmadan ləğv edilirsə və iki saniyə sonra 0:2 hesabı ilə uduzursunuzsa, sözsüz ki, oyuna ciddi təsir edir. Amma bunun məhz indi niyə belə baş verdiyini izah edə bilmirəm".

Xatırladaq ki, 9 noyabr tarixində "Mançester Siti" "Liverpul"u 3:0 hesabı ilə məğlub edib. Daha sonra Premyer Liqa komissiyası Vircil van Deykin oyunun 38-ci dəqiqəsində vurduğu qolun ləğv edilməsinin hakim Kris Kavanı tərəfindən səhv qərar olduğunu etiraf etmişdi.

Xəbər xətti