"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Canluici Donnarummanın oyun keyfiyyətlərini dəyərləndirib.
Sportal.az xəbər verir ki, Qvradiola komandasının qapıçılarından danışarkən bunları qeyd edib:
"Bizim iki inanılmaz qapıçımız var, Donnarumma və Ceyms. Ceyms Trafordun akademiyanı tərk etdikdən sonra, xüsusilə də “Bernli”də necə inkişaf etməsi məni çox təsirləndirdi.
Donnarummaya gəlincə, əgər sən 17 yaşında “Milan”ın start heyətinə çıxırsansa, deməli, sən xüsusi birisən. Bütün oyunçular dünya çempionatına vəsiqə qazanıblar və ümid edirəm ki, Cidjo bunu son olaraq bacaracaq. Rəqiblərinə bütün hörmətimlə, onlar da seçmə mərhələsini keçə biləcəklər. Fiziki hazırlıq baxımından Cidjo olduqca yaxşıdır. Ondan daha güclü, fiziki cəhətdən daha inkişaf etmiş birini tanımıram. O, kifayət qədər yaxşı oynayır, amma komanda son vaxtlar yaxşı irəliləyir və bu da qapıçılara kömək edir."
saytlarin hazirlanmasi
