"İmişli"nin kapitanı: "Neftçi"də oynadığım dönəmdə ən çox tənqid olunan futbolçu idim"

12:18 - 24 Noyabr 2025

"Neftçi"yə qarşı səfərdə oynamaq həmişə çətin olub. Yenilənmiş "Neftçi"yə qarşı xüsusən belə alındı. Amma biz bu görüşdə sona qədər inanırdıq ki, xal və ya xallar qazana bilərik. Qələbə qazanmağı bacardıq. Buna görə də çox xoşbəxtik. Amma həqiqətən çətin oldu. Əlbəttə çox istəyirdim qalib gələk. Bundan öncə də demişdim ki, bu mövsüm “Neftçi”yə uduzmaq istəmirəm. Artıq onlarla 2 matç keçirmişik. Bir oyunda heç-heçə etdik, bu dəfə də qalib gəldik. Mənim üçün bir prinsipiallıq var idi. Ən azından uduzmaq istəmirdim “Neftçi”yə. Göstərmək istəyirdim ki, problem məndə deyil. Problemin məndə olmadığı aşkar göründü".

Sportal.az xəbər verir ki, bu sözləri "İmişli"nin kapitanı Azər Salahlı deyib. O, Misli Premyer Liqasının 12-ci turunun "Neftçi"(2:3) ilə görüşündən sonra bu matçı dəyərləndirib.

Salahlı, "Neftçi" ilə prinsipiallığının olduğunu etiraf edib: "Neftçi"nin heyətində fərdi keyfiyyəti yaxşı olan oyunçuları var. Onların bu cür heyətinə qarşı ancaq 2-ci nömrə ilə oynamalısan. Müdafiədə gözləyib, əks-hücum zamanı və ya standart vəziyyətlər zamanı qol epizodları yarada bilərsən. Biz də bunlardan maksimum istifadə etdik. Xoşbəxtik ki, qələbə qazanmağı bacardıq. "Neftçi"yə qarşı prinsipiallıq məsələsinə gəldikdə, bu haqda çox danışmayım. İndi "İmişli"nin futbolçusuyam və fikrimi bura yönəltmişəm. "Neftçi"də oynamaq həmişə qüruruveri olub. Tarixdir. "Neftçi"yə uğurlar arzulayıram. "Neftçi"də oynadığım dönəmlərdə ən çox tənqid olunan futbolçu mən idim. Hər zaman tənqid...Bu da məndə prinsipiallıq oldu. Problemin kimdə olduğunu bilmirəm. Yəqin ki, problemi tapsalar, həll edərlər".

Mirbağırağa

Xəbər xətti