"Quba" autsayderi məğlub etdi - VİDEO

21:23 - 23 Noyabr 2025

Futbol üzrə Azərbaycan II Liqasında X tura start verilib.

Sportal.az xəbər verir ki, turun ilk matçında "Quba" "Ağstafa Gəncləri" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Quba" 23 xalla 3-cü, "Ağstafa Gəncləri" isə 5 xalla 11-ci pillədə qərarlaşıb.

II Lİqa

"Quba" - "Ağstafa Gəncləri" 4:2

Qollar: İ.Azaxov, 19, Q.Sabirli, 41, V.Cəfərov, 48, B.Köçərli, 62, - E.Hüseynov,9, E.Namazov(pen), 22

Xəbər xətti