“Bavariya”nın yarımmüdafiəçisi Lennart Karl Lionel Messi ilə müqayisələrə münasibət bildirib.
Sportal.az xəbər verir ki, 17 yaşlı hücumameylli yarımmüdafiəçi Bundesliqanın 11-ci turunda “Frayburq”a qarşı keçirilən oyunda (6:2) bir qol vurub və bir məhsuldar ötürmə verib. Bu mövsüm Almaniya çempionatında onun 9 oyunda “qol+pas” sistemi üzrə 4 (2+2) xalı var.
"Əlbəttə, insanlar məni Messi ilə müqayisə edə bilərlər, bunu çoxları deyir. Amma əslində düşünmürəm ki, məni onunla müqayisə etmək olar. Messi ən zirvədədir, mənim isə hələ uzun yolum var. Messi mənim üçün örnəkdir.
Əlbəttə ki, onun səviyyəsinə eyni ruhda davam etsəm çata bilərəm. Amma hələlik özümü Messi ilə müqayisə edə bilmərəm, bu tamamilə başqa bir şeydir".
saytlarin hazirlanmasi
