"Hesabı bərabərləşdirən kimi dərhal qol buraxmağımız üzücüdür"

13:48 - 24 Noyabr 2025

"Real"ın baş məşqçisi Xabi Alonso İspaniya La Liqasının 13-cü turunda “Elçe” ilə 2:2 hesablı heç-heçədən sonra danışıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis komandasının bu görüşdə istədiyi futbolu oynaya bilməməsindən bəhs edib:

"Hesabı 1:1 edən kimi dərhal qol buraxmağımız üzücüdür. 2:1 hesabı da bizim üçün məyusedici idi, lakin mübarizə aparmağa davam etdik, hesabı 2:2-ə çatdırdıq. Daha bir yaxşı şansımız oldu. Hiss etdim ki, oyunu rəqibin yarımmüdafiəsinə aparmalıyıq. Matçlardan sonra hər şeyi təhlil edirəm. Məşqçilər heyəti ilə nəticə çıxarmağa və oyunçulara nəyi yaxşı etdiyimizi, nəyi yaxşılaşdırmaq lazım olduğunu çatdırmağa çalışıram. “Elçe” ilə görüşdə bizdə ardıcıllıq olmadığını gördüm. Oyunumuzdan çox da razı qalmadım. İlk hissədə oyun bizim istədiyimiz kimi gedirdi və üstünlüyü ələ ala bilərdik, amma bacarmadıq".

La Liqada 13 turdan sonra “Real” 32 xalla turnir cədvəlinə başçılıq edir. "Elçe"nin 16 xalla 9-cu pillədədir.

Xəbər xətti