Lionel Messi bunu edən ilk futbolçu oldu

10:55 - 24 Noyabr 2025

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi karyerasında 1300 məhsuldar ötürmə edən ilk futbolçu olub.

Sportal.az xəbər verir ki, o, bu nailiyyəti MLS-də 1/4 finalının "Çinçinnati" üzərində 4:0 hesablı qələbə qazandığı oyunda bir qol vuraraq, üç məhsuldar ötürmə edərək reallaşdırıb. Argentinalının karyerası ərzində 896 qol vurub, 404 məhsuldar ötürmə edib.

O, "Barselona"da 941, "İnter Mayami"də 117, PSJ-də 66 və Argentina millisində 176 məhsuldar ötürmə edib. Bu nailiyyətə çatmaq üçün ona 1135 oyun lazım olub.

Xəbər xətti