Türkiyə Super Liqasında XIII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, səfərdə "Rizespor"un qonağı olan "Fənərbaxça" ilk hissədə 0:2 hesabı ilə geri düşməyinə baxmayaraq, ikinci hissədə 5 qol vuraraq qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, "Fənərbaxça" bu qələbə ilə lider "Qalatasaray"la olan 1 xal fərqini qoruyub. "Rizespor" 14 xalla 11-ci pillədə yer alıb.
Türkiyə Super Liqası
XIII tur
"Rizespor" - "Fənərbaxça" 2:5
Qollar: A.Sov, 6, Q.Laçi, 15, - M.Asensio, 54, 65, A.Taliska, 58, Y.En-Nesiri, 78, A.Braun, 88
saytlarin hazirlanmasi
