Bu gün Misli Premyer Liqasında 12-ci turun son matçında "Neftçi" doğma meydanda "İmişli"yə 2:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırıb:
- Ötən mövsüm heyət yetərsiz göstərildi, yeni heyət yığıldı. Bəs, indi problem nədədir?
- Razıyam, nəticələrimiz ürəkaçan deyil. Oyun baxımından keçən illə müqayisədə yaxşıyıq. Amma nəticəyə təsir etmir. Çox xallar itirmişik. Bu gün də üzücü məğlubiyyət oldu. Amma yeni oyunçularımız var. Heyət tam formalaşmayıb. Keçən mövsümlə müqayisədə heyətimiz çox dəyişilib. Hələ ki uyğunlaşma prosesi gedir.
- “İmişli” ilk mövsümdür Premyer Liqada oynayır. Onlar nə danışsın?
- “İmişli” yaxşı futbol oynadı. Onlar güclü rəqiblərə qarşı motivasiya ilə oynayır. İstəkləri çox idi. Ona görə qalib gəldilər.
- İki qolu da standart vəziyyətdən buraxdız...
- Komandaya onların aut atışlarından təhlükəli olduğu haqda məlumat vermişdik. Qorxduğumuz yerdən də qollar buraxdıq.
- Artıq turnir cədvəlində “İmişli”dən də aşağıdasız. Maraqlıdır, kuboka köklənəcəksiz? Kubok daha önəmli rol oynayacaq?
- Onsuz da biz “Neftçi” olaraq çempionat və kuboka köklənmişik. Liqada işlər yaxşı getmir. Kubok qısa yoldur. Ona da köklənəcəyik. Çempionatın yarısına gəlib çatmışıq. Amma qarşıda matçlar var.
- Hədəf nədir?
- “Neftçi”nin hədəfi həmişə çempionluqdur. Ən azından avrokuboklar hədəfimiz var. İnanırıq ki, avrokuboklara vəsiqə qazanacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi
