"Milan" "Borussiya"nın futbolçusunu istəyir

19:22 - 22 Noyabr 2025

“Borussiya”nın futbolçusu Yulian Brandt karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə “Milan”dan təklif gəlib.

“Rossonyerlər” mövsümün sonunda “Borussiya” ilə müqaviləsi başa çatacaq almanı heyətinə qatmaqda israrlıdır.

Ancaq Yulianın “Borussiya” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2019-cu ildə “Bayer”dən Dortmund klubuna keçmişdi.
 

Xəbər xətti