Erik Qarsiya “Barselona”ya yeni müqavilə imzalamaq üçün prinsipial razılıq verib.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bir neçə həftəlik danışıqlardan sonra tərəflər anlaşıblar. Müqavilənin uzadılması üzərində iş artıq son mərhələyə çatıb. Qarsiyanın PSJ-dən təklifi olsa da, o, Kataloniyada qalmağı seçib.
“Barselona”nın Qarsiya ilə müqaviləni uzatmasına səbəb olan əsas amil futbolçunun müxtəlif mövqelərdə oynamağa hazır olması və bunun öhdəsindən gəlməsidir. Onu potensial kapitan kimi görürlər və baş məşqçi Hans-Diter Flik rəhbərliyə müdafiəçini itirməyə hazır olmadığını bildirib.
Qeyd edək ki, bu mövsüm Qarsiya La Liqada 13 oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi
