"Qarabağ" keyfiyyətli komandadır" - "Napoli"nin müdafiəçisi

17:14 - 24 Noyabr 2025

"Napoli"nin futbolçusu Alessandro Buoncorno UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunun "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, 26 yaşlı italiyalı mərkəz müdafiəçisi Azərbaycan çempionunun keyfiyyətli komanda olduğunu bildirib:

“Biz möhkəm komandayıq. Sabah böyük bir oyun keçirmək üçün gücümüz və böyük inamımız var. “Atalanta üzərində qələbə bizə böyük ruh yüksəkliyi verdi. Şübhəsiz ki, həmin oyun çox enerji tələb etdi. Lakin biz eyni zamanda çox güc topladıq. İndi həmin enerjini sabah meydana qoymalıyıq. Çünki qarşıda bizim üçün çox önəmli oyun var. Həmişə öz bacarıqlarımıza və baş məşqçinin göstərişlərinə güvənmişik. Oyuna öz dəyərimizi nümayiş etdirə biləcəyimizə tam şəkildə inanaraq hazırlaşırıq. “Qarabağ keyfiyyətli komandadır, Çempionlar Liqasında çox yaxşı iş görür. Çətin bir oyun olacağını bilirik. Azarkeşlərimizin dəstəyi bizim üçün həlledici olacaq və əlavə güc verəcək”.

Xəbər xətti