"Qarabağ"ın qarşıdakı turdakı rəqibi evdə uduzdu - VİDEO

10:33 - 26 Noyabr 2025

Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ının qarşıdakı turda rəqibi olan "Ayaks" 5-ci turda “Benfika”nı qəbul edib.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi evdə “Benfika”ya 0:2 uduzub.

Bu, "Ayaks"ın Çempionlar Liqasında ardıcıl beşinci məğlubiyyəti olub və onların aktivində xal yoxdur.

Niderland klubu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Qeyd edək ki, “Qarabağ” – “Ayaks” görüşü dekabrın 10-da keçiriləcək və oyuna 21:45-də start veriləcək.

Xəbər xətti