"Fənərbaxça" UEFA Avropa Liqası Liqa mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda "Ferentsvaroş"u qəbul edəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Cayden Ostervolde, İsmail Yüksek və Fred cəzalı durumdadır. Sebastian Simanski ilə Çağlar Söyüncü zədəlidir. Cenk Tosun və İrfan Can Kahveci isə baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.
Qeyd edək ki, "Fənərbaxça" -"Ferentsvaroş" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
saytlarin hazirlanmasi
