"Olimpiakos" icarə əsasında "Neftçi"də çıxış edən futbolçusu Mamadu Kane ilə bağlı qərarını dəyişib.
Sportal.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Bldirilir ki, Kane mövsümün sonunadək Bakı klubunda qalacaq. "Olimpiakos"un belə qərar verməsinə səbəb 24 yaşlı futbolçunun "Neftçi"də daha çox oyun təcrübəsi qazanmaq şansının olmasıdı.
Bundan əvvəl Yunanıstan klubunun qışda Kaneni heyətinə qaytaracağı bildirilmişdi.
Yayda "Olimpiakos"a transfer olunan Kane "Neftçi"yə bir illiyə icarəyə verilib. Onun Yunanıstan klubu ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.