“Neftçi” Premyer Liqanın 12-ci turunda qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, ikigünlük fasilədən sonra noyabrın 23-də hazırlığı bərpa edən komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.
Sportal.az xəbər verir ki, “Sabah”la oyunda zədələnmiş Aqil Məmmədov hazırlıqda iştirak etməyib. Digər zədəli Tiaqo Bezerra isə komandadan ayrı məşq edib. Digər bütün futbolçuların qatıldığı hazırlıq prosesi əsasən toplu çalışmalardan ibarət olub.
Qeyd edək ki, “Neftçi” – “Səbail” matçı noyabrın 27-si saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi