"Bazel" İsveçrə çempionatında növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olan "Bazel" evdə "Lozanna" ilə qarşılaşıb.
"Qarabağ"ın qrupdakı rəqibi qalib gələ bilməyib və görüş 1:1 hesabı ilə başa çatıb.
Hazırda "Bazel" ölkə çempionatında 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
"Bazel" - "Qarabağ" matçı dekabrın 10-u saat 00:00-da start götürəcək.