Çempionlar Liqasının "Dördlər finalı" bu şəhərdə keçiriləcək

14:33 - 17 Dekabr 2021

Futzal üzrə UEFA Çempionlar Liqasının “Dördlər finalı”nın keçiriləcəyi məkana aydınlıq gətirilib.

 

Sportal.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarı ilə 2021/2022-ci il mövsümünün qalibi Latviyanın paytaxtı Riqada müəyyənləşəcək.

 

“Riqa Arena”da yarımfinal oyunları aprelin 28-də və ya 29-da, üçüncü yer və final matçı isə aprelin 30-da və ya mayın 1-də keçiriləcək.

 

Bu arenada 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi təşkil olunub.

Xəbər xətti