Azərbaycanda oynamış futbolçu Ermənistan klubuna keçdi

13:56 - 25 Yanvar 2022

Azərbaycanda "Səbail", "Sabah" və "Keşlə"nin formasını geyinmiş Yevgeni Koçuk karyerasını Ermənistanda davam etdirəcək.

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu "Punik"ə keçib. Bu barədə İrəvan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli yarımmüdafiəçi ilə 2022-ci ilin sonunadək müqavilə imzalanıb.

Moldova millisinin də üzvü olan futbolçu son olaraq ölkəsinin "Zimbru" klubunda çıxış edib.

Xəbər xətti