Aleksey Baqa: "İlk növbədə günahı və səhvi özümdə görməyə çalışıram"

21:41 - 27 Fevral 2022

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Premyer Liqanın 17-ci turunun “Qəbələ” ilə oyunundan sonra mətbuat konfransında çıxış edib.

Sportal.az xəbər verir ki, belaruslu mütəxəssis evdəki 0:4 hesablı məğlubiyyəti belə şərh edib:

"Qısaca deyim, ilk hissədəki bərbad oyunumuz böyük ölçüdə matçın nəticəsini müəyyənləşdirdi. Komandanın belə oyununa oyununa izah tapmaq çətindi.

- Qollar əsasən müdafiə xəttinin diqqətsizliyindən sonra buraxıldı. Gələcək oyunlar üçün müdafiə xəttində dəyişiklik etməyi düşünürsüz?
- Belə deyim var ki, gələn oyuna kimi hələ sağ çıxaq. Bu arada öz üzərimizdə işləyəcəyik. Belə qolların buraxılması müdafiə xəttində problemlərin olmasından xəbər verir. Təbii ki, müəyyən dəyişikliklər baş verə bilər.

- BATE-də Camaləddin Xocaniyazovla çalışmısız. Halbuki o həmin vaxtı Borisov klubunda oynamaq üçün çox da şans tapmamışdı. Bu günkü matçda isə komanda onun səhvindən 2 qol buraxdı. Ümumiyyətlə, Xocaniyazov haqda nə düşünürsüz?
- BATE-də oynayarkən komandaya son toplanışda qoşulmuşdu. Ona görə də heyətə düşməkdə müəyyən qədər çətinlik çəkirdi. Bugünkü məğlubiyyətə gəldikdə, hansısa futbolçunu mənfi xüsusiyyətilə fərqləndirmək istəməzdim. Çünki uduzanda hamı uduzur. İlk növbədə isə günahı, səhvi özümdə görməyə çalışıram. 

Xəbər xətti