Azərbaycan premyer liqasının ən təcrübəli oyunçularından olan Asif Məmmədovun 44 günlük Vətən Müharibəsində iştirakından əksəriyyət xəbərsizdir.
Sportal.az xəbər verir ki, "Qəbələ"nin 36 yaşlı kapitanı doğulduğu Ağdam rayonu uğrunda döyüşlərin bir neçəsində iştirak edib. Yaxın dostu, hər iki Qarabağ müharibəsinin iştirakçısı Müşfiq Abbasovun şəhidlik zirvəsinə yüksəlməsinin canlı şahidi olub.
Asif bunu həm də futbolçu karyerasına fasilə vermədən, "Qəbələ"nin məşq və oyunlarını buraxmadan (az sayda istisnalar olmaqla) edib.
Bunu necə bacarıb, Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu ilə söhbətdə futbolçu özü bütün suallara aydınlıq gətirib.
saytlarin hazirlanmasi