"Qəbələ"nin legioneri xarici klubun gündəmində

12:23 - 26 Aprel 2022

"Qəbələ"nin futbolçusu Omar Hani karyerasını İndoneziyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı vingerlə bu ölkənin "Persiya Cakarta" klubu maraqlanır. Baş məşqçi Tomas Doll APOEL-də birlikdə çalışdığı Hanini komandasına gətirmək istəyir.

 

Omar Hani 2021-ci ilin avqustundan "Qəbələ"də çıxış edir. İordaniyalı futbolçu cari mövsümdə "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı  22 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun əyalət təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti