"Qəbələ" Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Zirə"nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. Əyalət təmsilçisinin yarımmüdafiəçisi Rövlan Muradov cəza səbəbindən komandasına kömək edə bilməyəcək. 23 yaşlı futbolçu 24-cü turun "Qarabağ"la oyununda mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alaraq cəzalı duruma düşüb.
Muradov daha əvvəl 5-ci turda "Sumqayıt"la (0:0), 12-ci turda "Qarabağ"la (0:0) və 13-cü turda "Zirə" ilə matçda (2:1) sarı vərəqə ilə cəzalandırılmışdı.
Qeyd edək ki, "Zirə" - "Qəbələ" görüşü 4 may tarixində, saat 17:45-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi