Urfan Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada 200-cü oyununu keçirib.
Sportal.az xəbər verir ki, müdafiəçinin yubileyi XXV tura təsadüf edib. “Zirə” ilə səfər matçına qədər çempionatda 199 dəfə “qırmızı-qaralar”ın formasını geyinən vitse-kapitan yubiley görüşünə start heyətində çıxıb. Lakin zədələnən Abbasov 34-cü dəqiqədə əvəzlənib.
“Qəbələ”nin tarixində həm ümumi, həm də çempionatdakı oyun sayında rekordçu olan Urfan 2012-19-cu illərdə çıxış etdiyi komandaya cari mövsümün startı öncəsi qayıdıb. O, Premyer Liqadakı 200 matçda 4 qol vurub.
Qeyd edək ki, bu matçda “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi