Azərbaycanlı futbolçular oynadı, komandaları məğlub oldu

21:59 - 5 May 2022

Futbol üzrə Latviya çempionatında 11-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Asim Əlizadə ilə Şakir Seyidovun şərəfini qoruduğu "Dauqavpils" doğma meydanda RFS ilə qarşılaşıb. Matç qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.

 

Azərbaycanlı futbolçular bu görüşə start heyətdə başlayıb. Asim fasilədə əvəzlənib. Şakir isə 71-ci dəqiqədə meydanı tərk edib.

 

15 xal toplayan "Dauqavpils" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti