Ozan Canın komandası son oyunda uduzdu

10:54 - 7 May 2022

Niderland Eerste Divizyesində (I Liqa) sonuncu - 38-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi "Telstar" səfərdə "Roda"nın qonağı olub. Matç meydan sahiblərinin 4:3 hesablı qələbəsiylə başa çatıb.

 

Ozan Can da bu görüşün iştirakçısı olub. 23 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 77-ci dəqiqədə əvəzlənib.

 

35 xal toplayan "Telstar" mövsümü 19-cu yerdə başa vurub.

Xəbər xətti