"Qəbələ"nin braziliyalısı: "Avrokuboklar uğrunda mübarizəni davam etdirmək vacibdi"

15:51 - 7 May 2022

"Qəbələ"nin braziliyalı futbolçusu Rafael Utziq "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada komandasının ikinci qolunu vuran 26 yaşlı hücumçu "Terra" nəşrinə danışıb. Utziq Avropa Konfrans Liqasına vəsiqə qazanmaq istədiklərini bildirib:

 

"Komanda üçün çox vacib qələbə idi. Yenidən qalib gəlmək və avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirmək vacibdi. Artıq bütün diqqətimizi son 3 qarşılaşmaya yönəltmişik".

Xəbər xətti