Dadaşov qələbə qolunu vurdu

11:15 - 8 May 2022

Almaniyanın Qərb Regional Liqasında 37-ci turun bəzi oyunları keçirilib.
 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun da çıxış etdiyi “Şalke-2” səfərdə "Uerdinqen"lə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.


Dadaşov 74-cü dəqiqədə meydana daxil olub. O, 80-ci dəqiqədə komandasının sonuncu - qələbə qolunu vurub. Bu, onun 2021/2022 mövsümündə "Şalke-2"də 10-cu qolu olub.
 

"Şalke-2" hazırda 44 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti