"Qəbələ"nin braziliyalısı: "Hələ heç nə bitməyib"

12:28 - 10 May 2022

"Qəbələ" Azərbaycan Premyer Liqasının 26-cı turunda doğma meydanda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın müdafiəçisi Ruan Renato qarşılaşmadan sonra instaqram səhifəsində paylaşım edib. Btaziliyalı futbolçu hələ heç nəyin bitmədiyini bildirib:

 

"Böyük qələbədir. Lakin hələ heç nə bitməyib".

 

"Neftçi"ni məğlub etməklə xallarını 41-ə yüksəldən "Qəbələ" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti