"Levadiya"nın baş məşqçisi: "Murad Polşa və Macarıstan yüksək liqasında oynaya biləcək gücdədi"

14:51 - 12 May 2022

Estoniyanın "Levadiya" klubunun baş məşqçisi Vladimir Vasilyev Sportal.az saytına açıqlama verib.

O, komandasının azərbaycanlı futbolçusu Murad Vəliyevin gələcək perspektivindən danışıb.

Gənc mütəxəssisin fikrincə Vəliyevin potensialı böyükdü və gələcəkdə daha yaxşı liqalarda oynaya bilər: "İndiki məqsədimiz Muradı öz komandamızda inkişaf etdirməkdi. Əsas komandamızda daimi oynaması üçün böyük perspektivi var. Yaxın vaxtlarda onun potensialını açmaq istəyirik. Gələcəklə bağlı isə indidən danışmaq düz olmaz. Təbii ki, yaxşı təklif olarsa qarşısını almayacağıq. Amma baxacağıq ki, həmin klub Muradın oyun stilinə uyğun gəlirmi və ya özünü orada göstərə bilər ya, yox.

Azərbaycan klubuna satmaq? Buna bir cavab verə bilmərəm. Dediyim kimi, təklif olacağı təqdirdə həmin komandanın da oyun stilinə baxacağıq. Çünki biz Muradın güclü və zəif tərəflərini bilirik. Gələcəkdə top-5 ölkələrində oynaması məsələsinə gəlincə, hələ ki, Polşa və ya Macarıstan yüksək liqalarında özünü göstərə bilər. Çünki fiziki cəhətdən güclüdü, sürətlidi. İşləmək lazımdı. Bizim əsas prioritetimiz onu "Levadiya"nın əsas futbolçusu kimi görməkdi. Gələcəkdə necə olacaq, onu da zaman göstərəcək".

Xəbər xətti