Millimizin üzvü Polşa çempionatının növbəti turunda oynamayacaq

16:57 - 12 May 2022

Polşanın "Visla" klubunda çıxış edən Azərbaycan millisinin müdafiəçisi Anton Krivotstyuk zədədən əziyyət çəkir.

 

Sportal.az xəbər verir ki, bu barədə Plotsk təmsilçisinin baş məşqçisi Pavol Stano məlumat verib. Onun sözlərinə görə, 23 yaşlı sol cinah müdafiəçisi zədə səbəbindən Polşa çempionatının 33-cü turunun sabah "Krakoviya" ilə keçiriləcək oyununda iştirak etməyəcək.

 

Anton Krivotsyuk "Visla"ya mövsümün əvvəlində transfer olunub. O, Pltosk təmsilçisinin heyətində meydana çıxdığı 17 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti