"Qarabağ"dan rekord göstərici

“Qarabağ” 2021/22 mövsümündə 10-cu dəfə böyük hesabla qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, bu, XVI turdan təxirə salınan “Sumqayıt”la matçda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri bunadək keçirilən 25 matçda 9 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.

 

Ağdam klubu Premyer Liqadakı bütün rəqibləri ilə görüşlərdə belə qələbə əldə edib. “Qarabağ” “Neftçi” (4:0), “Zirə” (3:0), “Qəbələ” (5:1), “Sabah” (5:1) və “Şamaxı”nı (8:0) bir, “Səbail”i (3:0, 5:1) iki, “Sumqayıt”ı (4:0, 3:0, 5:0) üç dəfə böyük hesabla üstələyib.

 

Bu, son 8 mövsümün rekord göstəricisidir. Daha çox böyükhesablı qələbəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 11 belə nəticəyə imza atıb.

Tarix: 13 May [10:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio