Türkiyəli sabiq futbolçu Sezer Öztürk həbs edilib.
Sportal.az xəbər verir ki, cinayətdə ittiham olunan sabiq yarımmüdafiəçiyə 14 il 7 ay həbs cəzası verilib.
Türkiyə yığmasının da şərəfini qorumuş Öztürk ötən ilin noyabrında silahla bir nəfəri öldürüb.
Keçmiş oyunçu karyerası ərzində "Bayer Leverkuzen", "Nürnberq" "Beşiktaş" və "Fənərbağça"da çıxış edib.