"Kəpəz" "Neftçi"nin qolkiperini istəyir

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Kəpəz" indidən bəzi mövqelər üçün futbolçu axtarır.

Sportal.az saytının məlumatına görə, Gəncə təmsilçisi qapı xəttini gücləndirmək üçün bir neçə qapıçını siyahıya daxil edib.

Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda qapını Rəşad Əzizliyə tapşırmaq istəyir. "Neftçi"yə məxsus olan, amma icarə əsasında "Səbail"də çıxış edən kiper "Kəpəz"in əsas transfer hədəflərindəndi.

Amma qapıçı yayda məxsus olduğu "Neftçi"yə qayıdacaq. Onun yeni mövsüm "Kəpəz"ə icarə əsasında yollanıb-yollanmayacağı bəlli deyil.

Tarix: 13 May [17:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio