Premyer Liqada ilin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu

18:14 - 13 May 2022

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Sportal.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada "Liverpul"dan hücumçusu Məhəmməd Salah, Trent Alrksander-Arnold, "Mançester Siti"dən Kevin de Bruyne və Joau Kanselu, "Tottenhem"dən Son Xın Min, “Vest Hem”dən cinah oyunçusu Cerrod Bouen, “Arsenal”dan Bukayo Saka və “Sauthempton”dan Ceyms Uord-Prouz var.

​Qalib Premyer Liqanın bütün 20 komandasının azarkeşləri, kapitanları və ekspertlərin səsverməsi ilə müəyyən ediləcək.

Xəbər xətti