Azərbaycanlı futbolçuların komandası böyük hesabla uduzdu

14:12 - 15 May 2022

Latviya çempionatında 13-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” doğma meydanda “Liepaya” ilə qarşılaşıb. Matç qonaqların 4:0 hesablı qələbəsiylə başa çatıb.

 

Şakir bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Asim isə sonadək ehtiyatda qalıb.

 

“Dauqavpils” 13 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti