"Qəbələ" Azərbaycan Premyer Liqasının 27-ci turunda "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edərək, Avropa Konfrans Liqasına vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov feysbuk səhifəsində paylaşım edib. 36 yaşlı yarımmüdafiəçi paylaşımında bunlar qeyd edib:
"Bütün "Qəbələ" sevənləri bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bizə inananlardan çox inanmayanlar var idi. Bu qələbə inanmayanlara gəlsin".
Asif Məmmədov cari mövsümdə Premyer Liqada meydana çıxdığı 22 oyunda 1 qol və 4 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi