Namik Ələskərovla bağlı şok iddia: Oyundan əvvəl gecə klubunda əylənib

Türkiyənin "Bursaspor" klubunun aşağı liqaya düşməsində komandanın bəzi futbolçuları günahlandırılır.

 

Sportal.az xəbər verir ki, həmin oyunçulardan biri də Azərbaycan millisinin üzvü Namik Ələskərovdur.

 

Bəzi jurnalistlər və "ağ-yaşıllar"ın azarkeşləri I Liqanın 35-ci turunun "Bandırmaspor"la oyunundan iki gün əvvəl komandanın bir neçə üzvünün gecə klubuna getdiyini yazıblar. İddiaya görə, Burak Altıparmak, Enver Cenk Şahin, Hasan Ayaroğlu, Kubilay Sönmez və Namim Ələskərov komandanın liqada qalmaq üçün son şansı olan matçdan əvvəl səhərə kimi klubda əyləniblər.

 

Qeyd edək ki, "Bursaspor" həmin qarşılaşmada "Bandırmaspor"a 2:4 hesabı ilə məğlub olaraq II Liqaya düşüb.

 

Namik Ələskərov cari mövsümdə "Bursaspor"un heyətində meydana çıxdığı 33 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 19 May [17:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyun 2022
26  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio