Namiq "Bursaspor"un son turdakı oyununda meydana çıxmayacaq

10:08 - 20 May 2022

"Bursaspor" I liqanın son - XXXVIII turunda "Menemenspor"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərov bu matçda iştirak etməyəcək. Buna səbəb onun məşqlərə çıxmamasıdır.

Namiqlə yanaşı, Joao Pedro, Hasan Ayaroğlu, İsmayıl Yüksək, Kubilay Sönməz və Mehmet Erdem klubun bazasına gəlsə də, məşqə çıxmır. Bu oyunçular "Menemenspor"la matçı buraxacaq.

Bursa təmsilçisinin sona bir tur qalmış I liqanı tərk edəcəyi dəqiqləşib. Komanda II liqada legioner oynada bilmədiyi üçün əcnəbilər klubu tərk edəcək.

Namiq Ələsgərov cari mövsümdə "Bursaspor"un heyətində meydana çıxdığı 33 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

​"Bursaspor" - "Menemenspor" matçı sabah baş tutacaq.

Xəbər xətti