"Traktor"un oyunu yarımçıq dayandırıldı

10:20 - 20 May 2022

İran çempionatında XXVIII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Persepolis”lə qarşılaşıb. Lakin “traktorçular”ın bu oyunu yarıda qalıb. Qonaq komandanın futbolçusu Omid Alişah təbrizli fanatlara daş atdığı üçün iki komandanın futbolçuları arasında dava düşüb və matç 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırlıb.

Qarşılaşmanın sabah qaldığı yerdən davam etdiriləcək.

​“Traktor” 27 turdan sonra 25 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti