Region Liqası: Final oyununun təyinatları açıqlandı

11:45 - 20 May 2022

AFFA-nın təşkil etdiyi Region Liqasının 3-cü yer və final qarşılaşmasını idarə edəcək hakimlər açıqlanıb.

Sportal.az xəbər verir ki, "Cəbrayıl" və "Xan Lənkəran" komandaları arasında baş tutacaq həlledici oyunu Kamranbəy Rəhimov idarə edəcək.

Region Liqası

20 may (cümə)

3-cü yer

“Qusar” – “Araz Naxçıvan”

Şamaxı şəhər stadionu. Saat 12:30

Hakimlər: Əkbər Əhmədov, Asif Abdullayev, Orxan İbişov

Final

“Cəbrayıl” – “Xan Lənkəran”

Şamaxı şəhər stadionu. Saat 16:00
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Asiman Əzizli, Kamran Əliyev

Xəbər xətti