Argentina millisinin sabiq baş məşqçisi ağır xəstəliyə tutuldu

11:27 - 20 May 2022

Argentina millisinin sabiq baş məşqçisi Edqardo Bauza altsheymer xəstəliyinə tutulub.

Sportal.az xəbər verir ki, bu barədə argentinalı jurnalist Xuan Manuel Pons "CieloSports" radiosuna açıqlamasında deyib. O, 64 yaşlı mütəxəssisin altsheymer olduğunu bildirib.

​Bauza 2016-cı ildə Argentina yığmasını çalışdırıb. O, 2021-ci ilin yayında səhhətində olan problemlər üzündən məşqçilik karyerasını sonlandırıb.

Xəbər xətti