"Sumqayıt" kapitanı ilə müqaviləni yenilədi

15:13 - 20 May 2022

"Sumqayıt" futbolçusu Vurğun Hüseynovla müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, kapitan 2022/2023 mövsümündə də "kimyaçılar"da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

​Vurğun Hüseynov “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 188 qarşılaşmada meydana çıxıb. O, 2 qol vurmağa da müvəffəq olub.

Xəbər xətti